Feb 09 2019 17:47
Views: 524

“Azərbaycanda uşaqlarda ən çox inkişaf qüsurlarına rast gəlinir. Bu hal patologiyaların 80 faizini təşkil edir”. Bunu Azərbaycan Tibb Universitetinin Uşaq cərrahlığı kafedrasının müdiri Ramiz Poluxov kafedranın yaranmasının 80 illiyinə həsr olunmuş uşaq cərrahiyyəsi üzrə elmi-praktiki konfransda deyib. Bildirib ki, bu xəstəliyə xüsusi diqqət yetirilir.

Uşaq cərrahlığı kafedrası 1938-ci ildə Azərbaycan Tibb Universitetinin tərkibində yaranıb. Təxminən 1 əsrə yaxın yaşı olan kafedrada saysız-hesabsız əməliyyatlar həyata keçirilib. Uşaqların daha sıx üzləşdiyi problemlərdən biri sümükdə sınıqlardır. Həkimlər belə halla rastlaşan valideynlərə uşağı sınıqçıya deyil, bu sahənin mütəxəssisinə aparmağı tövsiyyə edirlər.

Konfransda tanınmış tibb mütəxəssisləri “Uşaqlarda qasıq yırtığının endocərrahi müalicəsi”, “Hamiləlik zamanı ana bətnində aparılan invaziv prosedurlar” və sair mövzularda müzakirələr aparıblar. Qeyd edilib ki, uşaq cərrahiyyəsi çox geniş sahəni əhatə edir. Bu baxımdan uşaq cərrahlarının böyük elmi potensiala sahib olmaları vacib şərtdir.


Create Account



Log In Your Account