Sep 18 2019 18:49
Views: 229

Azərbaycanda uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulmasına görə cəzalar müəyyənləşib. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir. Dəyişiklik Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunub.

Bildirilib ki, Məcəlləyə yeni – “Uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulması” maddəsi əlavə edilir. İclasda yaz sessiyası dövründə görülən işlərlə bağlı hesabatla çıxış edən komitə sədri Aqiyə Naxçıvanlı bildirib ki, bəzi qanunlara dəyişikliklər uyğunlaşdırma xarakteri daşıyır. Əlavəyə əsasən, uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulmasına, yəni uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsullarının uşaqların ola biləcəyi yerlərdə yayılmasına görə cərimələr tətbiq ediləcək. Müzakirələrdən sonra dəyişiklik layihələri parlamentin plenar iclasına tövsiyə olunub. 

 


Create Account



Log In Your Account