Dec 11 2017 18:16
Views: 1818

Sumqayıt Paralimpiya İdman Kompleksində üçüncü Uşaq Paralimpiya İdman Oyunları keçirildi. Oyunların açılışında çıxış edənlər bildiriblər ki, beynəlxalq təcrübədə ilk dəfə Azərbacyanda  Milli Paralimpiya Komitəsi sağlamlıq imkanları məhdud uşaqların kütləvi şəkildə idmana cəlb olunmasını öz himayəsinə götürüb. 2013-cü ilin sentyabrında Komitənin nəzdində Uşaq Paralimpiya Komitəsi yaradılıb. Əsas məqsəd ehtiyat idmançıların hazırlanması ilə yanaşı, sağlamlıq imkanları məhdud uşaqların reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiyasına dəstək verməkdir.
Rəsmi açılış mərasimindən sonra oyunlara start verilib. Yarışlara Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, 8 regiondan sağlamlıq imkanları məhdud yüzdən artıq uşaq qatılıb. Onlar 7 idman növündə 19 dəst medal uğrunda mübarizə aparıblar.
Yarışın qalibləri və mükafatçılar Milli Paralimpiya Komitəsinin diplom, medal və kuboku, həmçinin qiymətli hədiyyələrlə təltif olunubar.


Create Account



Log In Your Account