Jun 01 2019 15:27
Views: 496

Bu gün peşəkar kardioloq həkimlərin səyyar komandası Cocuqmərcanlıya yola düşüb. Onlar Qarabağ bölgəsindəki uşaqların pulsuz kardioloji müyinəsini həyata keçirəcəklər. Milli Məclisin üzvü, həkim kardioloq Rəşad Mahmudovun məlumatına görə, azərbaycanlı və Türkiyədən gəlmiş həkimlərin iştirak etdiyi aksiya 3 gün davam edəcək. Aksiya 1 İyun – Uşaqların Beynəlxalq Müdafiə gününə həsr edilib.

“Hər zaman olduğu kimi yenə də dövlətimizin səhiyyə sahəsində bu günə həsr olunmuş layihəsi ilə yola çıxacağıq. “Uşaq ürəkləri Qarabağda döyünür” devizi altında 20-yə yaxın həkimin iştirakilə Dövlət Gömrük Komitəsinin tibb idarəsinin səyyar tibb maşını bütün avadanlığı ilə birlikdə Cocuq Mərcanlıya yola çıxır. 3 günlük missiyada Qarabağ bölgəsində həm anadangəlmə ürək qüsurlu uşaqların ətraflı müayinəsi, həm də sağam uşaqların check-up müayinəsi  aparılacaq. Problemi olan uşaqların da gələcəkdə Bakıdakı böyük tibb mərkəzlərində problemlərinin həlli istiqamətində addımlar atılacaq”.


Create Account



Log In Your Account