Jun 01 2019 18:28
Views: 204

Xalça Muzeyində Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar təşkil olunan festivalın proqramına konsert və xeyriyyə yarmarkası daxildir. Xarici ölkələrin Azərbaycandakı səfirliklərinin təşkilatçılığı ilə təşkil olunan bayram şənliyində diplomatların övladları da iştirak edib. Onlar müxtəlif ölkələrin mədəniyyət və adət ənənələrinin rəngarəngliyini nümayiş etdiriblər.

Tədbirlərin siyahısına Kukla teatrında “Məlikməmmədin nağılı” tamaşası, kuklaların, mini-xalçaların hazırlanması üzrə master-klass daxildir. Eləcə də Mədəniyyət Nazirliyinin “Söz” ədəbiyyat  layihəsi çərçivəsində gənc istedadların konserti də planlaşdırılır.

Festivalın gənc iştirakçılarına stolüstü oyunlar oynamaq, robotexnika,  psixologiya, natiqlik, foto sənəti, numezmatika və mental arifmetika üzrə dərslərdə iştirak etmək imkanı da yaradılıb. Xeyriyyə yarmarkasından yığılan vəsait ürək çatışmazılığı ilə dünyaya gələn balaca qız uşağının əməliyyatına sərf olunacaq.


Create Account



Log In Your Account