Jun 05 2020 18:34
Views: 587

Azərbaycanda uşaqların müdafiəsi və onlara qayğı göstərilməsi dövlətin sosial siyasətində mühüm yer tutur. Uşaqların hüquqlarının qorunması və inkişafı, problemlərinin həlli istiqamətində çoxlu işlər görülüb. Ölkə prezidentinin bu günlərdə imzaladığı “Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyanın təsdiq edilməsi haqqında” sərəncamı da buna xidmət edir. Qeyd edilir ki, dövlətin uşaq siyasətinin başlıca prinsipləri uşaqların keyfiyyətli təhsil və müasir tələblərə cavab verən tibbi xidmətlərlə təmini, onların şəxsiyyət kimi formalaşmasıdır. Təhsil üzrə ekspert, Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru Elçin Süleymanov yeni strategiyanı əhəmiyyətli hesab edir. Bildirir ki, burada uşaqların təhsili, sağlamlığı, sərbəst vaxtlarının qiymətləndirilməsi ilə bağlı çox önəmli məqamlar var.

Təhsil eksperti deyir ki, əsas məsələlərdən biri də məktəblərdə uşaqlara veriləcək təhsilin dünya standartlarına uyğun olmasıdır.

UNICEF də uşaqlara dair strategiyanı alqışlayır. Qurumun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin CBC-yə müsahibəsində dövlətin uşaqlara göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirib.


Create Account



Log In Your Account