Mar 19 2018 17:52
Views: 728

Vaşinqtonda azərbaycanlı uşaqlar və ailələr üçün Novruz şənliyi keçirilib. Tədbirdə əsl bayram əhval-ruhiyyəsi yaşanıb. Hər tərəf milli adət-ənənələrə əsasən bəzədilib, Azərbaycan xalıları salınıb, səmənilər, şamlar düzülüb. Rəngli yumurtalar, şor qoğallar, şəkərburalar, paxlavalar hər kəsə Novruz sevinci yaşadıb.

Bayram şənliyində kosa və keçəlin səhnəcikləri xüsusi marağa səbəb olub. Novruz personajlarının çıxışı balacalara sevincli anlar bəxş edib. Yumurta döyüşü isə Novruz şənliyini daha da rövnəqləndirib.

Bayram şənliyində uşaqların ifasında maraqlı ədəbi-musiqili proqram nümayiş olunub. Vaşinqton ətrafında fəaliyyət göstərən Azərbaycan rəqs ansamblının uşaq yaradıcı kollektivinin hazırladığı konsert böyük maraqla qarşılanıb. Bayram şənliyində Vaşinqton və ətraf ərazilərdə yaşayan soydaşlarımızla yanaşı, yerli ictimaiyyətin nümayəndələri də iştirak ediblər.


Create Account



Log In Your Account