May 08 2019 14:53
Views: 530

Azərbaycan tarixinin və mədəniyyətinin beşiyi, ən gözəl guşələrindən biri olan Şuşanın işğalının 27-ci ildönümüdür. Şuşa 1992-ci ilin mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən Şuşa işğal olunub. İşğal nəticəsində Şuşa şəhəri və rayonun 30 kəndi dağıdılıb, 195 nəfər dinc sakin həlak olub, 165 nəfər yaralanıb, 58 nəfər itkin düşüb, 24 mindən çox əhali etnik təmizləməyə məruz qalıb. Etnik təmizləmənin ardınca orada Azərbaycan tarixi-mədəni mirası məhv edilib və tədricən şəhərin mədəni simasının dəyişdirilməsinə cəhd olunur.

Azərbaycan xalqı üçün müstəsna tarixi, mədəni, mənəvi və rəmzi əhəmiyyətə malik olan Şuşanın işğalı Ermənistanın Azərbaycan Respublikasına qarşı sistematik təcavüz və işğal siyasətinin tərkib hissəsidir. Ekspertlər bildirir ki, həmin dövrdə Azərbaycanda yaranmış xaos, qarışıq siyasi durum ermənilərin işğalına zəmin yaradıb.

İşğal nəticəsində Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası və 160-dək mədəniyyət və tarixi abidə dağıdılıb, məbədgah və məscidlər təhqir və vandalizmə məruz qalıb, çox sayda nadir əlyazma nümunələri məhv edilib. Bunların arasında Pənah xanın sarayı və kitabxanası, Xan sarayı və karvansaray, Aşağı Gövhərağa və Saatlı məscidləri, Vaqifin mavzoleyi, Natavanın evi və sair digər abidələr var. Tarixçi alim Rizvan Hüseynov hesab edir ki, dünya ictimaiyyətinə müntəzəm olaraq bu vandallıq haqqında məlumat vermək lazımdır.


Create Account



Log In Your Account