May 22 2019 14:16
Views: 340

Ceyms Bond, Böyük Britaniya kraliçası II Elizabet, onun mühafizə dəstəsi, əfsanəvi rok qrupu “Bitlz”, dünya şöhrətli komediya ustası Çarli Çaplin, “Queen” qrupunun vokalisti Freddi Merkuri və daha kimlər kimlər… Əfsanəvi ingilis personajların şəhərin mərkəzində gözlənilmədən peyda olması Bakı sakinlərinin böyük marağına səbəb olub. Kukla Teatrının önündə dayanan xüsusi avtobusdan düşən ingilis qəhrəmanlar çoşğu ilə qarşılanıb. Hər kəs yaxınlaşıb sevimli personajı ilə şəkil çəkdirib, bəzilərisə onların yürüşünü telefonunun yaddaşına köçürüb.  Aktyorlara qoşulub əylənənlər də az olmayıb.  

Azərbaycanlı aktyorların gəlişi şəhərdə əsl bayram ab-havası yaradıb. Musiqi sədaları altında Nizami küçəsindən keçən aktyorlar paradda iştirak etməkdən məmnunluq ifadə edib. Yaradıcı heyətdə olan hər kəs öz rolunu məharətlə ifa etməyə çalışıb.

Tədbir mayın 29-da Bakı Olimpiya Stadionunda İngiltərənin "Çelsi" və "Arsenal" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının oyunu ilə əlaqədar yerli Təşkilat Komitəsinin ideyası əsasında ərsəyə gəlib.  Personajların növbəti günlərdə Bakının hansı nöqtəsində üzə çıxacağı isə sakinlər üçün sürprizdir. Tanınmış ingilis qəhrəmanların son dayanacağı isə mayın 29-da böyük derbinin keçiriləcəyi Bakı Olimpiya Stadionu olacaq.


Create Account



Log In Your Account