May 17 2019 18:04
Views: 410

Mən inanıram ki, ölkəmizə gələcək qonaqlar qonaqpərvərliyimizi görəcək, gözəl şəhərimizlə tanış olacaq və buradan xoş təəssüratlarla ayrılacaqlar”. Bunu gənclər və idman naziri Azad Rəhimov“ Associated Press”ə müsahibəsində Bakıda İngiltərənin "Çelsi" və "Arsenal" komandaları arasında keçiriləcək Avropa Liqasının final matçı barədə danışarkən deyib. Nazir Azərbaycana gələcək qonaqların yenidən bu ölkəyə səyahət etmək istəyəcəklərini bildirib. Azad Rəhimov Avropa Liqasının finalı üçün təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə olduğunu qeyd edib. Eyni zamanda “Arsenal”ın erməni əsilli futbolçusu Henrix Mxitaryana da təhlükəsizlik zəmanəti verildiyini əlavə edib.


Create Account



Log In Your Account