May 24 2019 16:18
Views: 495

Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə bağlı videobələdçi hazırlanıb. AFFA-nın təqdim etdiyi videoçarxda Bakı Olimpiya Stadionundakı matçla bağlı bir sıra məlumatların nəzərə alınması əksini tapıb, azarkeşlərə tövsiyələr verilib.

Bildirilir ki, bilet almış azarkeşlər arenaya və geriyə iki ekspress marşrutla daşınacaq. Bu marşrutlar “28 may” və “Qara Qarayev” metro stansiyalarının qarşısından işləyəcək. Azarkeşlərə istifadəsi qadağan olunan əşyaları gətirməmək də tövsiyə edilib. Qeyd olunub ki, arenanın daxilində qida və içki məntəqələri fəaliyyət göstərəcək.


Create Account



Log In Your Account