May 13 2019 12:17
Views: 214

Hazırda ölkəmiz mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final qarşılaşmasına ciddi hazırlaşır. Artıq bu mötəbər idman hadisəsinə son hazırlıq işləri görülür, dünyada ən müasir idman qurğularından olan Bakı Olimpiya Stadionunda futbolçular, komandaların texniki heyəti, eləcə də azarkeşlər və mətbuat nümayəndələri üçün ən yüksək şərait yaradılır.

Hazırlıq işlərinin nə yerdə olması haqqında gənclər və idman nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova ilə söhbət etmişik.

S.Məmmədova bildirib ki, “Arsenal” klubunda çıxış edən erməni əsilli Henrix Mxitaryanın Azərbaycana gəlməsində heç bir problem yoxdur və buna ən yüksək səviyyədə təhlükəsizlik zəmanəti verilib. Əvvəlki illərdə ölkəmizdə keçirilmiş ilk Avropa Oyunları, Ümumdünya Şahmat Olimpiadası və digər mühüm yarışların hər birində olduğu kimi, bu dəfə də dövlətimiz iştirakçı ölkələrə təhlükəsizlik təminatı ilə bağlı məktub göndərib.

Bundan başqa, qeyd etmək lazımdır ki, erməni idmançıların Azərbaycandakı yarışlarda iştirakı birinci dəfə deyil. Həmin yarışlar ərzində erməni idmançılar üçün heç bir problem və ya çətinlik baş verməyib. Təkcə bu faktı qeyd etmək lazımdır ki, “Bakı 2015” birinci Avropa Oyunlarında fəxri kürsüdə yer alan ermənistanlı idmançıya mükafatı məhz dövlətimizin başçısı İlham Əliyev təqdim edib.


Create Account



Log In Your Account