Jul 23 2019 15:59
Views: 301

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin  nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinə qəbul imtahanı keçirilib. Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi qəbul imtahanında I qrup üzrə 500 və daha artıq bal toplayan 497 abituriyentin qeydiyyatdan keçib.  UFAZ-a imtahan artıq  4-cü ildir  keçirilir və abituriyentlərdən 414 nəfəri Azərbaycan, 83 nəfəri isə rus bölməsi üzrə imtahanlarda iştirak etmək üçün müraciət ediblər.

İmtahan verən tələbələr riyaziyyat, kimya, fizika və ümumi biliklər bloku üzrə hər bir fəndən 10 test sual cavablandıracaq, ingilis dilində qrammatik çalışma və esse yazılacaq. Yekunda 160 nəfər universitetə qəbul olunacaq. Bu, ötən illərə nisbətdə 20 nəfər daha çoxdur.

UFAZ məzunları iki diplom: Strasburq Universiteti və ya Ren 1 Universitetinin, eləcə də, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin diplomlarını alacaqlar. UFAZ-ın tələbəsi adını qazanmağa müvəffəq olmuş tələbələrin ümumi təsdiq edilmiş siyahısı Təhsil Nazirliyinə və Dövlət İmtahan Mərkəzinə təqdim ediləcək və siyahıda olan abitüryentlər digər ali məktəblərə müsabiqədə iştirak etməyəcəklər. Qəbul imtahanının nəticələri iyulun 25-də elan olunacaq.


Create Account



Log In Your Account