Sep 13 2019 15:24
Views: 177

Nikol Paşinyanın avantürist açıqlamaları, müharibəyə təhrik edən məsuliyyətsiz addımları regiondakı prosesləri təhlükəli məcraya yönəldir. Erməni xalqının onlara vaxtilə sığınacaq vermiş region xalqlarının torpaqlarına qarşı təcavüzün ağır məsuliyyətini dərk etməsi zəruridir.  Bu sözləri Azərbaycan Xarici işlər nazirinin müavini Xələf Xələfov Ukraynanın Müstəqillik Günü münasibətilə keçirilən rəsmi qəbul zamanı bildirib. Qeyd edib ki, Azərbaycan xalqı və dövləti öz torpaqlarının işğalına heç vaxt yol verməyəcək. Xələf Xələfov rəsmi Kiyevin ölkəmizin ərazi bütövlüyünə verdiyi dəstəyi yüksək qiymətləndirib.

Ukrayna ilə əməkdaşlığın böyük tarixə malik olduğunu vurğulayan nazir müavini ölkəmizin də Ukraynanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini qeyd edib.

Ukraynanın Azərbaycanda yeni təyin olunan səfiri Vladislav Kanevski Azərbaycanla diplomatik  əlaqələrin bir əsrdən çox tarixi olduğunu qeyd edib. İki dost ölkənin bütün məsələlərdə bir-birinə dəstək verdiyini bildirib. Vladislav Kanevski Ukrayna və Azərbaycan arasında bütün sahələrdə əlaqələrin bundan sonra da inkişafına çalışacağını bildirib. Sonda tədbir iştirakçılarına Azərbaycan dilində müraciət edib.


Create Account



Log In Your Account