Apr 16 2018 18:20
Views: 335

“Sumqayıt Texnologiyalar Parkı” Ukraynanın “Elektrotyajmaş” şirkəti ilə  mühəndislik və sənaye sahələrində əməkdaşlığa başlayır. Birgə əməkdaşlıq müqaviləsinə əsasən, iki qurum sənayenin inkişafı və yeni texnologiyaların yaradılması sahəsində səyləri birləşdirəcək.
Sumqayıt Texnologiyalar Parkının satış direktoru Çingiz Əliyev qeyd edir ki, “Elektrotyajmaş” Ukraynada energetika sahəsində bir neçə müəssisəni birləşdirən böyük holdinqdir: “Sumqayıt Texnologiyalar Parkı qurumla birgə əməkdaşlıq niyyəti barədə müqavilə imzalayıb. İndi bizim mütəxəssislər  “Elektrotyajmaş”ın əməkdaşları ilə birgə işləyirlər. Regiona yeni müştərək məhsullarla çıxmaq imkanları araşdırılır. Bunlar müxtəlif tipdə reduktorlar, transfarmatorlar və digər məhsullar ola bilər”.
Ukrayna şirkəti Sumqayıt Texnologiyalar Parkını xammal və ehtiyat hissələri istehsalında dəstəkləyəcək. Müqaviləyə əsasən, müəssisələr peşəkar kadrların hazırlanması və mütəxəssislərin mübadiləsi sahəsində də əməkdaşlıq edəcək.
Qeyd edək ki, “Sumqayıt Texnologiyalar Parkı” və Ukraynanın “Elektrotyajmaş” şirkəti arasında birgə əməkdaşlığa dair müqavilə aprelin 13-imzalanıb.


Create Account



Log In Your Account