Nov 01 2019 18:18
Views: 134

“Smart tələbə kartı”ı rəsmi olaraq tələbələrə təqdim olunub. Bu kart özündə hələ ki, yalnız bir neçə funksiyanı yerinə yetirir. Tələbələr bu kart vasitəsilə təqaüdlərini alacaq, adi plastik ödəmə kartı funksiyalrından istifadə edəcəklər. Bundan əlavə  regionlarda yaşayan valideynlər övladlarına rahatlıqla maliyyə vəsaiti göndərə biləcək. Kartla ödənişi həm ölkə daxilində , həm də xaricdə yerinə yetirmək mümkündür. Kartın funksionallığının ikinci istiqaməti isə bilavasitə təbələnin həyatının asanlaşdırılmasına yönəlib. Gələcəkdə smart tələbə kartının əhatə imkanlarının daha da genişləndirilməsi nəzərdə tutulub.

Mərasimdə ilk smart kartlar sahiblərinə təqdim olunub. Prezident təqüdçüsü olan 20 tələbə smart tələbə kartının istifadəçisinə çevrilib. Onlardan biri də İsmayıl Şikarovdur. İsmayıl hesab edir ki, bu kartlar minlərlə tələbənin həyatını rahatlaşdıracaq

Ekspertlər hesb edir ki, iki il öncədən hazırlıqlarına başlanıldığı “Smart tələbə kartı”nın ən böyük missiyası “Nağdız Azərbaycan”  proqramına töhfə verməkdir.

 “Smart tələbə kartı” layihəsi Azərbaycan Prezidentinin Sərəncamına əsasən təsdiq edilən “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrasını təmin etmək məqsədilə hazırlanıb.


Create Account



Log In Your Account