Jul 03 2019 18:52
Views: 276

Azərbaycan Dövlət İqtisad Universiteti UNEC  Fransanın Monpelye və ABŞ-ın Linkoln universitetləri, Fransa və ABŞ-ın birgə təhsil müəssisəsi olan ICD Beynəlxalq Biznes Məktəbi ilə ikili diplom proqramlarını təqdim edib. UNEC-in prorektoru Anar Rzayev yeni tədris ilində reallaşdırılacaq ikili diplom proqramları sayəsində tələbə və magistrlərin Fransanın aparıcı universitetlərinin diplomunu əldə edə biləcəklərini deyib. Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşlıq və mədəniyyət məsələləri üzrə müşaviri Yohan Şitter ikili diplom proqramlarının əhəmiyyəti və üstünlükləri barədə danışıb. UNEC-in beynəlxalq əməkdaşlıq departamentinin direktoru Sənnur Əliyev ikili diplom almaq üçün vacib olan şərtləri açıqlayıb.


Create Account



Log In Your Account