Jul 04 2019 14:36
Views: 412

Bir neçə gündür Bakı konqres Mərkəzində UNESKOnun onlarla üzv ölkələrinin nümayəndələri dünya mədəni-tarixi irsinin qorunmasının aktual məsələlərini müzakirə edirlər. Onların sırasında nazirlər, beynəlxalq təşkilatların rəhbərləri, YUNESKO məsləhətçi orqanının rəhbərləri, həmçinin memarlıq, mədəni irs və ətraf mühit sahələrində mütəxəssisləri yer alır.  Artıq bir çox ölkələrin nümayəndələri bu və ya digər mədəni tarixi obyektlərin qorunması haqqında hesabatlarını təqdim ediblər.

Dünya İrs Siyahısına daxil edilmək üçün namizədliyə 36 fayl  təqdim olunub. Onların sırasında Azərbaycanın Şəki Xan Sarayı da var. Namizədlərin müzakirələri iyulun 5-dən start götürəcəK, bu il üçün tam siyahı iyulun 10-da yenilənəcək.

Sessiya iştirakçıları Azərbaycanda müşahidə etdikləri tolerantlıq və multikulturalizmi də yüksək qiymətləndirirlər.

Sessiya çərçivəsində xarici qonaqlar üçün  yalnız paytaxt Bakının deyil, həm də regionların turim imkanları, görməli yerləri ilə tanış olmaq imkanı yaradan sərgi və turlar təşkil edilib.

Sessiya öz işini iyulun 10-da yekunlaşdiracaq.    


Create Account



Log In Your Account