Jul 05 2019 16:40
Views: 231

UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında günü təhlükə altında olan maddi mədəni obyektlərin vəziyyəti ərtafında müzakirələrlə davam edib.Növbəti müzakirə Bolqarıstandakı qədim liman şəhəri Nesebırdakı vəziyyətlə bağlı olub. Belə ki, üzv dövlətin məruzəsində qeyd edilən müsbət dəyişikliklər ICOMOS ekspertlərinin hesabatında da öz əksini tapıb. Buna görə də Bolqarıstandan Nesebır şəhərinin vəziyyətini yaxşılaşdırmaq üçün konservasiya tədbirlərini gücləndirmək, tövsiyə edilən təklifləri yerinə yetirmək xahiş edilib. Bolqarıstan 2021-ci ildə keçiriləcək 45-ci sessiyada hesabat verməlidir. Əgər müsbət dəyişiklik olmazsa, o zaman Nesebır təhlükə altında olan məkanlar siyahısına daxil ediləcək.

Dünya İrs Siyahısına daxil edilmək üçün namizədliyə 36 fayl  təqdim olunub. Onların sırasında Azərbaycanın Şəki Xan Sarayı da var. Namizədlərin müzakirələri bu gündən start götürəcək. Onların sırasında İraqda yerləşən Vavilon vilayəti, Hindistan və Myanmadan olan bəzi mədəniyyət obyektləri vəı məkanları da var.

5 gündür ki, dünyanın aparısı KİV-lərinin diqqəti Azərbaycana yönəlib. Ölkəmiz növbəti dəfə ev sahibliyi etdiyi bu sessiyada yüksək təşkilatçılıq qabiliyyətinin olduğunu bir daha sübut etdi. Bunu sessiyada iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən gəlmiş nümayəndələr deyir.

Ümumdünya İrs Komitəsi ildə bir dəfə toplanır və 21 üzv ölkənin nümayəndələrindən təşkil olunub. Hazırda Ümumdünya İrs Siyahısı dünyanın 167 ölkəsində olan 1092 obyekkti özündə birləşdirir. 


Create Account



Log In Your Account