Jun 29 2019 19:08
Views: 626

Düz 10 gün Azərbaycanın paytaxtı UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi edəcək. İyunun 30-dan iyulun 10-dək Bakıda keçiriləcək beynəlxalq tədbirdə dünyanın 180-dən artıq ölkəsindən 2500-dən çox nümayəndə iştirak edəcək. Mühüm əhəmiyyətə malik olan bu tədbir dünya xalqlarının maddi və təbii irs nümunələrinə, ən qədim abidələrə olan dəyəri özündə əks etdirir. Sessiyada dünya mədəni irs siyahısına daxil etmək üçün təqdim olunmuş 42 təklifdən 36-sı nəzərdən keçiriləcək.
Xatırladaq ki, Azərbaycan 1992-ci ildə UNESCO-ya üzv qəbul edilib. 1996-cı ildə YUNESKO və Azərbaycan arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. 2000-ci ildə Bakının tarixi mərkəzi olan “İçərişəhər”, Şirvanşahlar Sarayı Kompleksi və Qız Qalası, 2007-ci ildə isə Qobustan Milli Tarix-Bədii Qoruğu Dünya İrs Siyahısına daxil edilib. Artıq bir neçə ildir ki, Şəki xanlarının sarayı ilə birgə şəhərin tarixi mərkəzinin də UNESCO-nun Dünya İrs Siyahısına salınması istiqamətində işlər görülür.
Şəki Azərbaycanın ən qədim şəhərlərindən biridir. Arxeoloji tapıntılar sübut edir ki, bu şəhər, eyni zamanda, Qafqazın ən qədim yaşayış məskənlərindən biri hesab edilə bilər. Onun ərazisindəki əksər arxeoloji tapıntıların 2500 ildən çox yaşı var.
Qeyd edək ki, UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasının rəsmi açılış mərasimi iyunun 30-da Heydər Əliyev Mərkəzində baş tutacaq. Sessiya çərçivəsində keçiriləcək tədbirlər UNESCO və BMT-nin saytı vasitəsilə birbaşa yayımlanacaq.


Create Account



Log In Your Account