Jul 10 2019 14:23
Views: 266

Şəki Xan Sarayının ənənəvi Azərbaycan texnikasında  hazırlanmış vitrajlı pəncərələri sarayda xüsusi atmosfer yaradır. Sarayın girişində ziyarətçiləri 1530-cu ildə əkilmiş möhtəşəm çinar ağacları qarşılayır.  Şəki xan sarayı Azərbaycan memarlığının incisi hesab olunur. Sarayın tikintisi 18-ci əsrə təsadüf edir. Saray yüzillikər boyu unikallığını qoruyub saxlaya bilib. Ekspertlər qeyd edirlər ki, Şəki xan Sarayı və şəhərin tarixi mərkəzinin UNESCO-nun mədəni irs siyahısına daxil edilməsi regiona səfər etmək istəyən xarici qonaqların sayının artmasına təkan verəcək.

Araşdırmalar göstərir ki, müasir turistlər yalnız bir marşrutla kifayətlənmirlər. Hətta sağlamlıq turizmini seçənlər belə görməli yerlərlə tanış olmaq, yerli mətbəxin təamlarını dadmağa can atırlar. İndi Şeki beynəlxalq mədəni marşrutların bir hissəsinə çevrilməklə yanaşı digər turizm sahəsində müxtəlik  təkliflərlə qonaqları qəbul edə bilər.

Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, turistlərin axınının istiqamətləndirilməsi ilə yanaşı restavrasiya qaydalarına riayət edilməlidir. Yaşayış mühiti, tarixi abidələrin məsələlərini ciddi nəzərdən keçirmək lazımdır. gələcəkdə bu prosesə nəzarət etmək məqsədi ilə  monitorinq təşkil olunacaq. Hər il planlı və ya gözlənilməz şəkildə komissiyalar gələcək.

Şəkidə turizm üçün infrastruktur çox inkişaf edib. burada maksimal komfortla istirahət etmək istəyən turistlərdən tutmuş, istirahətinin daha az pul xərcləyərək keçirmək istəyən qonaqlara kimi hər həs üçün şərait var. Ekspertlərin fikrincə Şəki turistlərin böyük axınına tam hazırdır.


Create Account



Log In Your Account