Jul 01 2019 18:45
Views: 299

UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası öz işinə başlayıb. Mədəniyyət naziri Əbülfəs Qarayev belə nüfuzlu beynəlxalq tədbirin Bakıda keçirilməsindən məmnunluğunu bildirib. Qeyd edib ki, 10 gün ərzində tədbirdə dünya xalqlarının maddi və təbii irs nümunələri, ən qədim abidələrin qorunması ilə bağlı mühüm qərarlar qəbul ediləcək. UNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil edilmək üçün üzv dövlətlərin təqdim etdiyi 36 namizəd fayl nəzərdən keçiriləcək. Eyni zamanda, Şəki Xan sarayının və şəhərin tarixi mərkəzinin mədəni irs siyahısına salınması ilə bağlı qərarın verilməsi gözlənilir.

Sessiyanın ilk günü Bakı bəyannaməsi qəbul edilib. Bildirilib ki, Bakı bəyannaməsi dünyada mədəni irsin qorunmasına xidmət edir və dünya ictimaiyyətinin diqqətini bu məsələyə yönəltmək məqsədi daşıyır. Sessiya çərçivəsində keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran mədəniyyət naziri Əbülfəz Qarayev Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisindəki tarixi abidələrin uzun illərdir ki, ermənilər tərəfindən dağıdıldığını xatırladıb. Bu məsələnin bütün beynəlxalq tədbirlərdə qaldırıldığını vurğulayıb.

Dağlıq Qarabağ və ətraf rayonlarda yerləşən abidələrin mühafizəsinin təşkili ilə bağlı suala cavab verən UNESCO-nun Baş direktorunun müavini Ernosto Toni qeyd edib ki, işğal olunmuş Azərbaycan ərazilərində missiya həyata keçirmək üçün iki şərt var.

UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına dünyanın 180-dən çox ölkəsindən 2500-dən artıq nümayəndə qatılıb. Bakıya gələn qonaqlar tədbirin əhəmiyyətini yüksək qiymətləndirirlər.

Sessiya çərçivəsində təhlükə altında olan iki məkanın UNESCO-nun təhlükəyə məruz qalan məkanlar siyahısından çıxarılması da nəzərdə tutulur. Bu məkanlar Betlehem kilsəsi və Çilidə yerləşən məzar daşlarıdır. Eyni zamanda, İran tərəfindən Hirkan meşəsinin Dünya Mədəniyyət İrsi siyahısına daxil edilməsi məsələsinə baxılacaq. Qeyd edilib ki, Azərbaycan da gələcəkdə öz ərazisindəki Hirkan meşəsi ilə bağlı bu nominasiyaya qoşula bilər.  UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası iyulun 10-dək davam edəcək


Create Account



Log In Your Account