Jul 06 2019 18:50
Views: 241

Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası nominasiyaların təqdimatı ilə davam edir. Sessiya öz işinə Bəhreynin Dilmun kurqanları ilə bağlı nominasiyanın müzakirəsi ilə başlayıb. Faylı yüksək qiymətləndirib və Dilmun kurqanları Dünya İrs Siyahısına salınıb. Növbəti müzakirə Cinin təqdim etdiyi Lyançju şəhərindəki arxeoloji qalıqlarla bağlı olub. Bildirilib ki, burada tapılan arxeoloji tapıntılar Çin sivilizasiyasının mənşəyini öyrənməyə yaxşı imkan yaradır. 5 min il yaşı olan Lyançju şəhərinin tarixi irsinin qorunmasının vacibliyi vurğulanıb. Müzakirələr nəticəsində qədim Çin sivilizasiyasının bu nümunəsi Dünya İrs Siyahısına salınıb.
Daha bir nominasiya Hindistanda yerləşən Caypur şəhəri ilə bağlı olub. Bu şəhər hindu sivilizasiyasının qalıqlarını özündə əks etdirir. Divarlarla əhatə olunmuş köhnə şəhərin memarlığında çəhrayı qum daşından çox istifadə edildiyi üçün Caypur “çəhrayı şəhər” kimi məşhurdur. Müzakirələrin nəticəsində şəhər UNESKO-nun siyahısına daxil edilib.
Avstraliyanın Buc Bim mədəni landşaftı nominasiyası müzakirə edilib. İştirakçılar 660 min il yaşı olan bu mədəni landşaftla bağlı hazırlanmış faylı yüksək dəyərləndiriblər və bu nominasiya siyahıya daxil edilib. İndoneziyadakı Savahlunto kömür mədəni,  Yaponiyanın qədim məzarlıq kimi taninan  “Mozu- Furuichi Kofun Qrupu”, Laos Xalq Demokratik Respublikasının “Megalittich Jar Sites of Xienghuang” ərazisi Müzakirələrdən sonra mədən Dünya İrs Siyahısına salınıb. Artıq Dünya İrs Siyahısında yer alan mülkiyyətlərin siyahısı 1100-ü keçib. Sessiya öz işini iyulun 10-da yekunlaşdıracaq.


Create Account



Log In Your Account