Jul 09 2019 18:55
Views: 223

2020 ci ildə keçiriləcək UNESKO-nun Ümumdünya İrs Komitəsinin 44-cü sessiyasına Çin ev sahibliyi edəcək. Bu barədə qərar Komitənin Bakıda keçirilən  43-cü  sessiyasında verilib. Dünya İrs Komitəsinin 44-cü sessiyasının yeni sədri Çinin təhsil nazirinin müavini Tian Sue Cun olacaq.
Ümumdünya İrs Komitəsinin iclası ildə bir dəfə toplanır və 21 ölkənin təmsilçisindən  ibarətdir. Növbəti komitə iclası Çinin  Fucou şəhərində keçiriləcək. Bu gün 43 cü sessiya çərçivəsində  2018-2019-cü il büdcəsinin reallaşdırılması, 2020-2021 illər üçün nəzərdə tutulmuş büdcə planları müzakirə olunub. Bakı sessiyası 10 iyulda yekunlaşıacaq.


Create Account



Log In Your Account