Apr 13 2018 18:30
Views: 564

Media nümayəndələri Formula 1 Azərbaycan Qran-Pri yarışlarının Uniforma və Akkreditasiya Mərkəzinin fəaliyyəti ilə tanış olublar. 100-dən artıq könüllünün fəaliyyət göstərdiyi mərkəzdə hər cür şərait yaradılıb. Burada marşallar, könüllülər və podratçı şirkətlərin nümayəndələri üçün qeydiyyat kartı və uniformalar təqdim olunur.
“Yarışın könüllülərinə və işçi heyətinə artıq giriş kartları verilib. Qran-Prinin bir parçası olmaq istəyən 2500 könüllünün müraciətlərinə burada baxılır. Podratçı şirkətlərin dörd minə yaxın nümayəndəsinə giriş kartı və uniforma təqdim olunacaq. Ümumilikdə 13 minə yaxın insanın mərkəzə müraciət edəcəyi nəzərdə tutulur”.
17 yaşlı Fərhad Rəsulzadə bu il ilk dəfə könüllülük fəaliyyətinə qoşulub. Onun üzərinə yarış iştirakçılarına uniformalar təqdim etmək məsuliyyəti düşür. Akkreditasiyadan keçənlər Fərhada müraciət edir.
Aprelin 2-dən fəaliyyətə başlayan mərkəz bu ayın 29-dək açıq olacaq.


Create Account



Log In Your Account