Oct 03 2019 19:29
Views: 240

Paralimiya oyunlarında görmə qabiliyyəti məhdud olan olan atletlər arasında qaçış yarışında idmançıların görmə qabiliyyəti fərqli olduğundan, hər bir iştrakçının gözləri xüsusi işıq keçirməyən parça ilə bağlanır. Bu da idmançılar üçün eyni şanslar yaradır. 
Amma həyat, qaçış cığırı deyil. Fiziki məhdudiyyətli insanların şanslarını sağlam insanlarla bərabəbərləşdirmək o qədər də asan olmur. Daşqın Abbasov, ölkəni paralimpiya növlərində, dağ xizəyində təmsil edir. Milli komandamızın üzvü deyir ki, boş vaxtlarında taxta üzəyində oyma sənəti ilə məşğul olur. Hər iki sahədə ölkəni təmsil etmək onda sevinc hissini yaradır.
Bir çox hallarda fikizi  məhdudiyyəti olan gənclər işləmək istəyirlər. Onların yalnız 10 faizi işləmək qabiliyyətinin olmadığını düşünür. Lakin fikizi  məhdudiyyəti olan insanların sosial baryerləri aşması üçün ilk növbədə sağlam cəmiyyət şüurda olan baryerləri aşmalıdır.
Fiziki məhdudiyyəti olan gənclərin problemləri, onların cəmiyyətə interqasiya olunması, bu şəxslərin hüquqları. Bütün bu məsələlər Bakıda keçirilən konfransda müzakirə olunub. Tədbirdə 13 ölkənin nümayəndələri iştrak edir. Milli Məclisin deputatı Hadı Rəcəbli Azərbaycan qanunvericiliyində bu istiqamətdə görülən işlərdən danışıb. Onun sözlərinə görə, ölkədə əlilliyin azaldılması istiqamətində işlər nəticəsini verir.


Create Account



Log In Your Account