Jan 26 2019 18:04
Views: 437

Bakıda beynəlxalq arıçılıq konfransı işə başlayıb. Tədbirdə müxtəlif ölkələrdən bu sahənin ekspertləri iştirak edir. İki günlük konfrans müddətində kənd təsərrüfatının bu sferası üzrə aktual məsələlər müzakirə olunacaq.

Son bir neçə il ərzində Azərbaycanda arıçılıq inkişaf edir. V Azərbaycan Beynəlxalq Arıçılıq Konfransının iştirakçıları qeyd edirlər ki, ölkəmizdə bu sahədəki iş adamlarına subsidiya verilməsi, həm də xarici arıçıların təcrübəsinin öyrənilməsi bu inkişafa imkan yaradıb.

Konfransın əsas məqsədi arılar arasında xəstəliklərin azaldılması, arıçılıqda məhsuldarlğın artırılması, azərbaycanlı balçıların yeri və xarici bazarlara çıxış yollarının araşdırılmasından ibarətdir. Beynəlxalq konfransda Almaniya, İsrail, Türkiyə, Rusiya, Ukrayna və Gürcüstandan olan mütəxəssislər iştirak edirlər.

Yerli arıçılar bildirirlər ki, son illər arıçılıq sahəsində təşkil olunan konfranslar bu sferadakı biliklərin dərinləşməsinə böyük təkan verib.

İki günlük konfrans çərçivəsində həm də yerli və əcnəbi arıçıların məhsullarının sərgisi keçirilir.

Qeyd edək ki, V Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı yanvarın 27-dək davam edəcək.

 


Create Account



Log In Your Account