Apr 30 2019 14:08
Views: 450

Bakı yenidən müasir dövrün həyati problemlərinin həlli yollarının müzakirə olunduğu mədəniyyətlərarası dialoqun təkmilləşdirilməsi üçün platforma kimi öz imkanlarını təqdim edəcək.  İki gün davam edəcək forum çərçivəsində insan həmrəyliyini yaratmaq və müxtəlif icmalarda zorakılığa, ayrı-seçkiliyə qarşı mübarizədə yerli insanlara kömək etmək üçün mədəniyyətlərarası dialoqun rolu öyrəniləcək.

Azərbaycanda  bəzi ölkələrdən fərqli olaraq digər xalqların mədəniyyətinə hörmət və ehtiramla yanaşılır.  Dini və mədəni abidələr, qədim tarixi yerlər, coğrafi məkan və etnik tərkibin müxtəlifliyi ölkədə müxtəlif etnos və icmaların nümayəndələrinə bərbabərhüquqlu dialoq apara biləcəkləri mühitin yaradılmasına təsir edib. Azərbaycanın strateji mövqeyi onun qərb və şərq arasında vacib körpü olmasına gətirib çıxarıb. Təsadüfi deyil ki, məhz Azərbaycan mütəlif region və ölkələrdə sülhün yaşadılması və çiçəklənməsi ideyalarının yayılmasını təbliğ edən “Bakı prosesinin” təşəbbüskarları olub. 2008-ci ildə prezident İlham Əliyevin təklif etdiyi “Bakı prosesi” interaktiv beynəlxalq platforma olaraq islam dünyası və qərb sivilizasiyaları arasında dialoqu dəstəkləyir. 2 ildən bir  Azərbaycanda beynəlxalq mədəniyyətlərarası dialoq forumu və Bakı Beynəlxalq Humanitar Forumu keçirilir.

Bu gün Azərbaycan dünyada  tolerantlığın mərkəzinə çevilib . 4-cü Bakı Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumunda  prezident İlham Əliyev qeyd etdiyi kimi, “multikulturalizm yaşayır və onun alternativi yoxdur. Onun alternativi yalnız ksenofobiya, islamofobiya, antisemitizm, irqçilik və ayrı-seçkilik ola bilər. Multikulturalizm yalnız bir tendensiya deyil, o, eyni zamanda, dünyanı daha təhlükəsiz etməyin yeganə yoludur”.Sitat Prezident İlham Əliyevdəndir.

Azərbaycanın beynəlxalq infrastruktur layihələrində liderliyi “Bakı prosesini” beynəlxalq strateji təşəbbüsə çevirib. Dünya görür ki, Azərbaycan nəhəng dövlətlərə multikulturalizm dərsi verməklə müxtəlif konfessiyaların birgə yaşayışının reallığı imkanlarını nümayiş etdirir. Bu siyasət ölkənin beynəlxalq arenada avtoritetinin yüksəkməsinə, mədəniyyətləraras əməkdaşlıq məsələlərində vacib rolunun etiraf olunmasına səbəb olur.


Create Account



Log In Your Account