May 02 2019 17:07
Views: 191

“Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” . Bu gün start götürən 5-ci Dünya Mədəniyyətlərarası Dialoq Forumu bu mövzuya həsr olunub. Foruma qatılanlar bu gün dünyada dinlər, mədəniyyətlər, millətlər arasında getdikcə artan gərginliklə mübarizə üçün dialoqun, bunu nəzərdə tutan Bakı prosesinin əhəmiyyətini qeyd edirlər.

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda 105-dən çox ölkə və 35-dən çox beynəlxalq təşkilatın nümayəndəsi iştirak edir. Forum iştirakçılarının coğrafiyası hər il bir az da genişlənir. Budəfəki forumda Latın Amerikası ölkələrindən tutmuş Səudiyyə Ərəbistanı, Kolumbiya, Böyük Britaniya, Peru, İtaliya və digər ölkələrdən təmsilçilər var.  

Müzakirələr 3 əsas istiqamətdə aparılacaq. Bunlar mədəniyyətlərarası fərqlilik, miqrasiya və təhlükəsizlik, gələcəyin qurulmasına gənc nəslin rolu mövzularıdır.

Forumun təşkilatçıları qismində Azərbaycanın Mədəniyyət Nazirliyi, tərəfdaşları UNESCO, BMT Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və İSESCO çıxış edir. Forum 2008-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin irəli sürdüyü “Bakı prosesi” təşəbbüsü çərçivəsində 5-ci dəfə təşkil olunacaq. Forum mayın 3-də yekunlaşacaq.

 


Create Account



Log In Your Account