May 01 2019 14:46
Views: 250

5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Dinlərarası dialoq və dini müxtəlifliyin idarə olunması” mövzusunda III akademik forum keçirilib. Tədbir UNESCO-nun mədəniyyətlərarası dialoq şöbəsinin müdiri Ann-Belinda Preisin moderatorluğu ilə baş tutub.  Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva Prezident İlham Əliyevin təşəbbüskarı olduğu “Bakı Prosesi” barədə ətraflı məlumat verib. Bildirib ki, “Bakı Prosesi” çərçivəsində Azərbaycanda bir çox mühüm beynəlxalq tədbirlər keçirilib. BMT-nin din və inkişaf üzrə qurumlararası işçi qrupunun əlaqələndiricisi Azza Kərəm dünyada mədəniyyətlərarası dialoq sahəsində müəyyən uğurlara nail olunmasına baxmayaraq, hələ də çox sayda problemlərin qaldığını deyib. Akademik forumda çıxış edənlər Mədəniyyətlərarası dialoqun elmi cəhətdən araşdırılmasının əhəmiyyətini xüsusi vurğulayıblar. 

5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq ForumuNda 105-dən çox ölkə və 35-dən çox beynəlxalq təşkilatın nümayəndəsi iştirak edəcək.  Bu barədə  Bakı Konqres Mərkəzində Forumla bağlı təşkil olunan mətbuat konfransında Mədəniyyət Nazirliyinin aparat rəhbərinin müavini Vasif Eyvazzadə deyib. Bildirib ki, Ötən müddət ərzində forumun coğrafiyası çox genişlənib. Budəfəki foruma Latın Amerikası ölkələrindən tutmuş Səudiyyə Ərəbistanı, Kolumbiya, Böyük Britaniya, Peru kimi dövlətlərin təmsilçiləri qatılacaq.  Məlumat verilib ki, Forum çərçivəsində insan həmrəyliyini yaratmaq və müxtəlif icmalarda zorakılığa və ayrı-seçkiliyə qarşı mübarizədə mədəniyyətlərarası dialoqun mühüm rolu öyrəniləcək.

Mədəniyyət Nazirliyinin rəsmisi qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Bakı prosesi” 10 il ərzində müxtəlif qitələrdə yaşayan fərqli etnik, mədəni, dini və linqvistik mənsubiyyətə malik insanlar və qruplar arasında fikir mübadiləsi üçün pozitiv platforma yarada bilib. Forum çərçivəsində beynəlxalq təşkilatların və nazirlərin 2-ci yüksək səviyyəli görüşü də keçiriləcək. “Müxtəlifliyin idarə olunması: çoxsəviyyəli və çoxtərəfli əməkdaşlıq”, “Sülh naminə çoxtərəflilik və diplomatiya”, “Türkdilli ölkələr arasında dialoqun qurulmasında Böyük İpək Yolunun rolu” və digər mövzularda sessiyalar təşkil olunacaq. Forum “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında keçirilir.  Tədbirin təşkilatçıları Azərbaycan hökuməti və Mədəniyyət Nazirliyi, tərəfdaşları isə UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-dur.


Create Account



Log In Your Account