May 03 2019 18:01
Views: 288

V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Bakı Konqres Mərkəzində öz işini davam etdirir. Dünyanın 105-dən çox ölkəsindən nümayəndələr burada bir araya gəliblər. “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında keçirilən forumda 35-dən çox beynəlxalq təşkilatın yüksək səviyyəli rəsmiləri iştirak edir. Beynəlxalq tədbirin qonaqları forumun işini yüksək qiymətləndirirlər.

Forum iştirakçıları hesab edirlər ki, mədəniyyətlərarası dialoq şiddətə və ayrıseçkiliyə qarşı mübarizədə dünyada insan həmrəyliyinin gücləndirilməsi üçün effektiv bir strategiyadır. 

Forum öz işini “Sülh naminə çoxtərəflilik və diplomatiya”, “İnsan hüquqları, demokratiya və hüququn üstünlüyünün universallığı və mədəniyyətlərarası dialoqu” və sair mövzularda müzakirələrlə davam etdirir. Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə keçirilir.


Create Account



Log In Your Account