Dec 22 2018 18:21
Views: 827

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində beşinci məzun-karyera sərgisi təşkil olunub. Məzun-karyera sərgisinə 66 müəssisə və şirkət tərəfindən ümumilikdə 411 vakant iş yeri çıxarılıb. Açılış mərasimində universitetin rektoru, professor Mustafa Babanlı ölkəmizdə gənclərə və onların təhsilinə xüsusi diqqət və qayğı göstərildiyini qeyd edib, müəssisə və şirkətlərlə qurulan əməkdaşlıq əlaqələrindən danışıb. Qeyd olunub ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində yeni tələblərə cavab verən mütəxəssislərin hazırlanmasına xüsusi əhəmiyyət verilir.


Create Account



Log In Your Account