Nov 14 2019 19:26
Views: 99

V Uşaq Paralimpiya Oyunlarının açılış mərasimində Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov bildirib ki, bu oyunların keçirilməsində məqsəd daha çox fiziki məhdudiyyətli gənclərin yarışlara cəlb edilməsi və onların bacarıqlarının üzə çıxarılmasıdır. O bildirib ki, fiziki məhdudiyyətli olmaq heç də istedadsız olmaq anlamına gəlmir.  
UNİCEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin qeyd edib ki, V Uşaq Paralimpiya Oyunları təkcə idman yarışı deyil, həm də sosial aksiyadır. Yarışda iştirak edən uşaqlar əslində cəmiyyətə çağırış edirlər. Onlar göstərir ki, əgər fiziki məhdudiyyətli  insanlara şərait yaradılarsa, onlar özlərini inkişaf etdirə və cəmiyyətdə öz layiqli yerlərini tuta bilərlər. 
BƏƏ-nin Paralimpiya Komitəsinin Prezidenti Məhəmməd Fadel Al Hameli bildirib ki, ölkəsi uşaq paralimpiya oyunlarının beynəlxalq səviyyədə təşkilini nəzərdən keçirir. O, bu istiqamətdə Azərbaycan Milli Paralimpiya Komitəsi ilə danışıqlar apardığını qeyd edib.

 


Create Account



Log In Your Account