Nov 05 2019 19:22
Views: 367

Noyabrın 14-də  5-ci Uşaq Paralimpiya Oyunları keçiriləcək. UNİCEF-in Azərbaycan nümayəndəliyinin dəstəyi, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə keçirilən oyunlar Abşeron Olimpiya İdman kompleksində baş tutacaq. Yarışlara Azərbaycanı və Gürcüstanı təmsil edən 200-ə yaxın idmançının  qatılacağı gözlənilir.
Paralimpiyaçılar 8 idman növündə medallar uğrunda mübarizə aparacaq. Bunlar  tennis, paurliftinq, üzgüçülük, qolbol, Boççia, para-taekvondo, cüdo,  və əlil arabasında rəqs növləridir. Yarışların xüsusiyyəti nəzərə alınaraq oyunlar yalnız bir olimpiya kompleksində keçirilir.
 2014- cü ildən etibarən keçirilən Uşaq paralimpiya oyunlarının əsas məqsədi saglamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiya olunmasına dəstək verməkdir. Yarışlara qatılan idmançılar  ölkəmizi müxtəlif beynəlxalq yarışlarda təmsil etmək hüququ qazanır.


Create Account



Log In Your Account