Nov 13 2019 17:53
Views: 68

Ceyms Şarp V Uşaq Paralimpiya Oyunlarından öncə təşkil olunmuş görüşdə paralimpiyanın tarixindən söhbət açaraq bu hərəkatın 1948-ci ildə Böyük Britaniyada yarandığını qeyd edib. II  dünya müharibəsindən  sonra əlil olan hərbçilərlə başlayan hərəkatın bu günü haqda danışan səfir Azərbaycan təmsilçilərinin 2012-ci ildə Londonda keçirilən paralimpiya oyunlarında əldə etdiyi uğurları vurğulayıb. Burada Azərbaycan idmançıları 4 qızıl, 5 gümüş  və 3 bürünc medal qazanıb.

Sabah start veriləcək növbəti Uşaq paralimpiya oyunlarına toxunan Ceyms Şarp bu idman tədbirinin bir hissəsi olan boccianın Azərbaycanda inkişafı üçün Böyük Britaniyanın veridiyi dəstəyi qeyd edib. 

V Uşaq Paralimpiya Oyunlarında idmançılar boccia ilə yanaşı, 7 idman növündə medallar uğrunda mübarizə aparacaq. Bunlar tennis, paurliftinq, üzgüçülük, qolbol, para-taekvondo, paracüdo,  və əlil arabasında rəqs növləridir. Oyunlar Abşeron Olimpiya İdman kompleksində baş tutacaq.

Yarışlara Azərbaycanı və Gürcüstanı təmsil edən 200-ə yaxın idmançının qatılacağı gözlənilir. Bu gün isə “Yenilməzlər” beynəlxalq qala təqdimatının keçirilməsi  nəzərdə tutulur. Qala təqdimatda və uşaq paralimpiya oyunlarında iştrak etmək üçün Böyük Britaniya Paralimpiya Assosiasiyasının fəxri vitse-prezidenti Entoni Seynsburi də Bakıya gəlib.


Create Account



Log In Your Account