May 07 2019 16:25
Views: 595

"Türk Şurasına üzv dövlətlərin aparıcı media orqanları Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatlara daha geniş yer ayırmalıdır. Türkiyənin informasiya dəstəyinə ehtiyac yaranarsa, biz onların yanında olmalıyıq". Bu sözləri  Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin II toplantısında deyib. 

Əli Həsənov qeyd edib ki, Şuraya üzv olan ölkələrin hər biri bərabərhüquqludur.  Bildirib ki, 2012-ci ildə türkdilli dövlət başçılarının zirvə görüşündə yaradılan Şura üzv dövlətlərinin maraqlarını ifadə edərək müxtəlif aspektlər üzrə fəaliyyət göstərir. Əli Həsənovun sözlərinə görə, müzakirə olunan əsas məsələlərdən biri mətbuat sahəsində əməkdaşlığın inkişaf etdirilməsindən ibarətdir. Prezidentin köməkçisinin fikrincə, bu əməkdaşlıq Avrasiya və dünya məkanında xalqlarımızın maraqlarını ifadə edilməsinə xidmət etməlidir. Bildirib ki, vahid türkdilli televiziyanın yaradılması təşəbbüsü dörd ildir ki, müzakirə olunur. Türkdilli tv-nin yaradılması təəssüf ki, kağız üzərində qalıb. Əli Həsənov toplantıda Azərbaycanın bir sıra təkliflərlə çıxış etdiyini deyib.


Create Account



Log In Your Account