Oct 04 2019 19:31
Views: 225

Azərbaycan prezidentinin Rusiyanın Soçi şəhərində keçirilən “Valday” forumundakı nitqi konkret faktlar üzərində qurulub. Dövlət başçısının çıxışını şərh edən ekspertlər belə deyir. Bildirirlər ki, Paşinyanın  populizmə əsaslanan qeyri-konstruktiv çıxışları qarşısında Azərbaycan dövlət başçısının qəti və kifayət qədər təmkinli nitqi beynəlxalq ictimaiyyətdə geniş əks-səda yaradıb.
İlham Əliyev çıxışı zamanı qeyd edib ki, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz əzəli torpaqlarına qayıtması BMT-nin Təhlükəsizlik Şurası və Helsinki Yekun Aktınına uyğundur. Rəsmi Bakı bu qərarların icra olunmaması və kağız üzərində qalmasından narazıdır. Ekspertlər hesab edir ki, prezident İlham Əliyevin verdiyi mesajlar Azərbaycanın beynəlxalq ictimaiyyətdəki mövqeyini daha da möhkəmləndirəcək.
Ekspertlər deyirlər ki, İlham Əliyevin geosiyasətin şərq vektoruna həsr edilmiş iclasda iştirakı tam qanunauyğundur. Axı Azərbaycan beynəlxalq nəqliyyat və energetika layihələrinin reallaşdırılmasında liderliyi ilə bu gün Şərq və Qərb arasında körpü rolunu oynayır.
Xatırladaq ki, çıxışı zamanı prezident İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə dəvət üçün təşəkkür edib. Azərbaycan-Rusiya arasında münasibətlərdən danışan dövlət başçısı artıq gələcək qarşılıqlı əlaqələrin inkişafı üçün yolun cızıldığını bildirib.


Create Account



Log In Your Account