Oct 01 2019 14:38
Views: 365

İlin sonunadək valyuta ehtiyatlarının idarə olunmasından Mərkəzi Bankın əldə etdiyi gəlirin həcmi təxminən 200 milyon dollar olacaq. Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib. Onun sözlərinə görə, Mərkəzi Bankın valyuta ehtiyatları 6 milyard dollardan çoxdur. "Başlıca mənbəmiz bütövlükdə ehtiyatların idarə olunmasından əldə olunan gelirlərdir",- deyə Elman Rüstəmov bildirb. Əlavə edib ki, rezervlərin artırılması bankın başlıca məqsədi deyil. Əksinə mərkəzi bankın rezervlərinin neytrallığı onu göstərir ki, bank bazara müdaxilə etmir. Mərkəzi Bankın sədi faiz dərəcələrinin endirilməsi haqqında da danışıb. Onun sözlərinə görə müəyyən dərəcədə transmissiya mexanizmi işləməyə başlayıb.


Create Account



Log In Your Account