Oct 01 2018 14:25
Views: 690

Vaşinqtonda 16-cı dəfə keçirilən Türk Festivalı Ağ Evdən bir neçə yüzmetrikdə təşkil olunub. Festival Vaşinqton ətrafında yaşayan on minlərlə sakini özünə cəlb edib. Bu ilki festival "Anadolunun rəngləri" adlı altında keçirilib.
Bu il ilk dəfə festivalda Azərbaycan milli mətbəxinin nümunələri də təqdim olunub. Virginiya ştatında fəaliyyət göstərən Azərbaycan restoranının təqdim etdiyi yeməklər böyük marağa səbəb olub. Qonaqlara təzə bişirilmiş paxlava, şəkərbura, şor qoğalı və digər  şirniyyatları, Azərbaycan istehsalı olan meyvə şirələri təqdim edilib.
Festivalın əsas təşkilatçısı olan Vaşinqtonda fəaliyyət göstərən Amerika-Türkiyə Assosiasiyasının başçısı Hande Ayan bildirib ki, bu ilki festival türk, amerikalı və azərbaycanlı tərəfdaşların dəstəyi ilə təşkil edilib. festivalda Türkiyə ilə yanaşı türkdilli xalqların da mədəniyyətlərini tanıtmağa başlayıblar.
Festival ziyarətçiləri həmçinin türk mətbəxinin ləziz yeməkləri, ənənəvi türk qəhvəsi təqdim olunub, amerikalılar bir günlük səs-küylü şərq bazarına səyahət ediblər.Tamaşaçılar üçün hazırlanmış konsert proqramında Türkiyə ilə yanaşı, Balkan, Orta Doğu və Mərkəzi Asiya xalqların rəqsləri ifa edilib. 
Hər il keçirilən türk festivalı Vaşinqtonda fəaliyyət göstərən Amerika Türk Assosiasiyası tərəfindən təşkil edilir. 2016-cı ilin aprelində “Washington City Paper” nəşri oxucularına türk festivalının "Ən Yaxşı Mədəniyyət Festivalı" və "Ən Yaxşı Şəhər Festivalı" olaraq tanıdıb. Sözügedən festival sentyabr ayında Vaşinqtonda keçirilmiş 7-ci illik türk irsi ayının bağlanış tədbiri hesab olunur.


Create Account



Log In Your Account