Mar 25 2019 13:58
Views: 277

ABŞ-ın paytaxtı Vaşinqtonda Novruz şənliyi keçirilib. Azərbaycanın Birləşmiş Ştatlardakı səfirliyinin təşkilatçılığı keçirilən tədbirdə bu ölkədə yaşayan azərbaycanlılar iştirak ediblər.

Tədbirə ABŞ dövlət qurumlarının nümayəndələri, xarici ölkələrin Birləşmiş Ştatlardakı səfirliklərinin əməkdaşları və yerli ictimaiyyət nümayəndələri də qatılıb. Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov qonaqları salamlayaraq, tarixi adət-ənənələrimizi təcəssüm etdirən Novruz bayramının soydaşlarımız ilə birlikdə ABŞ-da qeyd olunmasının əhəmiyyətini vurğulayıb. Vətəndən uzaqda yaşayan soydaşlarımız arasında birliyin vacibliyini vurğulayan səfir, istər xoş, istərsə də ağrılı günlərdə bir-birimizə dayaq olmağın önəmini diqqətə çatdırıb.Tədbirdə Azərbaycan musiqiləri səsləndirilib, milli rəqslər nümayiş olunub.

Tədbirdə Azərbaycan icması ilə yanaşı türk, Kırım tatar və digər dost xalqların nümayəndələri də qatılıb.

Şənlikdə Azərbaycan mətbəxinin nümunələri və Novruz şirniyyatlarından ibarət ziyafət verilib.


Create Account



Log In Your Account