Dec 24 2018 15:05
Views: 617

Vaşinqtonda yaşayan azərbaycanlılar Həmrəylik günü və Yeni il münasibətilə bayram tədbiri keçirib. Burda fəaliyyət göstərən Azərbaycan məktəbində təşkil olunan tədbirdə şagirdlər və müəllim heyəti ilə yanaşı digər qonaqlar da iştirak edib. Şagirdlər Azərbaycanın dövlət himinini ifa edib, milli rəqslər təqdim olunub. Vaşinqtondakı Azərbaycan Məktəbi 2017-ci ildə təsis edilib, Azərbaycanın səfirliyinin dəstəyi ilə ABŞ-Azərbaycan Ticarət Palatası nəzdində Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində fəaliyyət göstərir. Əsasən Vaşinqton və ətraf şəhərlərdə yaşayan azərbaycanlı uşaqları cəlb olunmaqla məktəbdə mili dəyərləri aşılanır, Azərbaycan dili dərsləri keçirilir və Azərbaycan milli bayramları birlikdə qeyd olunur.


Create Account



Log In Your Account