Apr 30 2018 18:35
Views: 554

Vaşinqtonun ən məşhur  tarixi məkanlarında Azərbaycan mədəniyyətinin təqdimatı keçirilib. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının100 illiyi ilə əlaqədar silsilə tədbirlər çərçivəsində ABŞ-ın Bruklin şəhərində fəaliyyət göstərən “My Way” mərkəzinin Qafqaz Ritm uşaq rəqs qrupu Vaşinqtonun ən populyar turizm mərkəzlərindən olan Tomas Ceferson Memorial, Vaşinqton Abidəsi, Linkoln Memorial və Ağ Evin qarşısında Azərbaycan milli rəqslərini nümayiş etdirib.
Rəqslərin nümayişi məşhur Tomas Ceferson Memorialda başlayıb, sonra Vaşinqton abidəsi və Linkoln Memorialında davam etdirilib.
Son olaraq Ağ Evin önündə çıxış edən uşaqlardan ibarət rəqs qrupu “Yallı” və “Azərbaycan” rəqslərini ifa ediblər.
 “Yallı” ifa olunarkən ətrafda toplaşan çoxsaylı izləyicilər, şəhər sakinləri və turistlər rəqsə və bayram əhval ruhiyyəsinə qoşulublar.
Qeyd edək ki, bu təcrübə ilə Vaşinqtonda bir ilkə imza atılıb. Vaşinqtonun mərkəzində Azərbaycanın  rəqsləri sosial şəbəkələrdə böyük maraq və əks-səda doğurub.


Create Account



Log In Your Account