Dec 16 2019 20:09
Views: 224

Azərbaycanın caz sənəti dedikdə, Vaqif Mustafazadəni yada salmamaq mümkün deyil. Yaradıcılığı ilə milli musiqimizə yeni nəfəs gətirən dahi bəstəkar və cazmen Azərbaycan caz musiqisini mükəmmələşdirərək bütün dünyaya milli musiqimizi sevdirməyi bacardı. Bu gün dahi musiqi ustasının vəfatından 40 il ötür. Vaqif Mustafazadə ölümündən bir müddət öncə, 1979-cu ildə, Monakoda qeyri-adi şərtlərlə keçirilən festivalda böyük uğura imza atır. Festivalın şərtlərinə görə, əsərin müəllifi, ifaçısı, hətta onun hansı ölkəni təmsil etməsi gizli saxlanılmalı idi. Burada da Vaqif Mustafzadə Monako caz festivalından vətənə “Ağ royal” mükafatı ilə qayıdır. Vaqif Mustafazadə qərb ritmləri ilə və milli musiqimizi sintez edərək yeni janrı yaradıb. Bu gün Vaqif Mustafazadənin təkcə Azərbaycanda deyil, onun hüdüdlarından kənarda da davamçıları var. Öz ifaları və bəstələri ilə dünyanı heyrətləndirməyi bacaran bəstəkar və cazmenin Daşkənd qastrolu onun üçün sonuncu olur. 1979-cu il dekabrın 16-da dahi musiqiçi royal arxasında ikinci dəfə infarkt keçirərək dünyasını dəyişir. Bəstəkar və pianoçu, vəfatından sonra Azərbaycan Dövlət Mükafatına layiq görülüb.


Create Account



Log In Your Account