Sep 03 2019 17:55
Views: 492

Yaxın 3 gündə Bakı teatrsevənləri Moskva şəhərinin aparıcı teatrlarından biri olan Vaxtanqov adına teatrın tamaşalarını izləyə biləcəklər. MAP Festivalı çərçivəsində Vaxtanqov adına teart Bakıda 3 tamaşa ilə çıxış edəcək. Bunlar “Medeya”, “Lanqustun harayı” və “Yevgeni Onegin” tamaşalarıdır. “Yevgeniy Onegin” tamaşası tamamilə başqa interpretasiyada təqdim edilir.

Vaxtanqov adına teatrın qastrol səfərləri Bakıda keçrilən MAP beynəlxalq festivalının 3-cü mövsümünün yalnız bir hissəsdir. Bu teatrın qastrolları sentyabrın 4-nə kimi davam edəcək. Mövsümün proqramına dünyanın ən qabaqcıl teartlarınının tamaşaları daxil edilib. Proqramın əsas hissəsinə oktyabrda start veriləcək. 


Create Account



Log In Your Account