Nov 25 2017 19:10
Views: 2094

Qadınlara Münasibətdə Zorakılığın Aradan Qaldırılması uğrunda Beynəlxalq Mübarizə Günü münasibətilə “Heç kim kənarda qalmasın: Qadınlara və qızlara qarşı zorakılığa son!” şüarı altında veloyürüş keçirildi. Azneft meydanından start götürən veloyürüş Heydər Əliyev Mərkəzinin önündə tamamlandı. Məqsəd insanları qadınlara və qızlara qarşı zorakılığın qarşısını almağa və bu halları aradan qaldırmağa səsləməkdir. 
Xanımlar həmrəylik göstərərək Bu cür tədbirlərdə xüsusilə fəallıq nümayiş etdirirlər. Onların fikrincə, hər bir qadının, qız uşağının cəmiyyətdə azad yaşamaq hüququ var. Qadınlara qarşı zorakılığın qarşısının alınması istiqamətində atılan kiçik bir addım bəşəriyyət üçün böyük sıçrayış ola bilər. 
Veloyürüş “Gender zorakılığına qarşı 16 günlük fəallıq kampaniyası” çərçivəsində keçirildi. Bu beynəlxalq kampaniya 25 noyabr -Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günündən başlayaraq 10 dekabr - İnsan Hüquqları Gününədək davam edəcək. Kampaniyanın məqsədi gender zorakılığına qarşı milli, regional və beynəlxalq səviyyədə maarifləndirmənin aparılmasıdır.


Create Account



Log In Your Account