Feb 26 2021 17:27
Views: 407

Xocalı soyqırımının qurbanlarının xatirəsinin yad edilməsi və Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün "Mədəniyyətlərarası Əlaqələr Gənclər Birliyi” nin təşkilatçılığı ilə İtaliyanın Venesiya şəhərində "Qarabağ Həqiqətləri" adlı informasiya sərgisi keçirilib. Sərgidə 30 il ərzində ərzində işğal altında saxlanılmış şəhərlərdə törədilmiş vandalizm aktlarına və Xocalı soyqırımına aid foto şəkillər nümayiş etdirilib. Sərginin "Mənə Sual Ver" adlı interaktiv bölməsində şəhər sakinlərinin Xocalı soyqırımına aid fotolarla bağlı müxtəlif dillərdə verdikləri suallar təşkilatçılar tərəfindən ətraflı cavablandırılıb. Sərgi eyni zamanda Qarabağın mənəvi simvollarından birinə çevrilmiş Sarı Gəlin musiqisinin sədaları altında rəqs nümayiş etdirilib. Ümumilikdə 2 saat müddətində davam edən tədbir "Xocalıya Ədalət" başlıqlı plakat açılması ilə başa çatıb.


Create Account



Log In Your Account