Nov 14 2019 19:15
Views: 56

Prezident İlham Əliyevin apardığı iqtisadi islahatlarla əlaqədar olaraq, ölkədə şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi Vergi Məcəlləsində də bir sıra dəyişikliklərin edilməsini zəruri edir. Bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib. Onun sözlərinə görə, dəyişikliklərin əksəriyyəti sahibkarlığın inkişafı, haqsız rəqabətin aradan qaldırlmasına yönəlib. 
Komitə sədri bildidi ki, Vergi Məcəlləsinə dəyişikliklər paketində sosial xarakterli olanları cəmiyyət tərəfindən daha çox rəğbətlə qarşılanacaq. Bunlar arasında quş ətinin və heyvan ətinin satışının daha 4 illiyinə ƏDV-dən azad olunması da var.  
Qanun layihəsinə münasibət bildirən deputatlar peşə təhsili müəssisələri üçün dərsliklərin hazırlanması işlərinin vergidən azad olunmasını, bəzi sahibkarlıq subyektlərinin vergi yükünün azaldılmasının müsbət qarşıladılar. Lakin bəzi dəyişikliklərə etirazlarının bildirdilər. Məsələn, kifayət qədər çox qazanan toy müğənniləri, toyda işləyən fotoqraf və digər işçilərni ayda cəmi 30 manat vergi ödəməsini haqsız hesab etdilər. 
Müzakirələrdən sonra İqtisadiyyat naziri  Mikayıl Cabbarov ilin 10 ayında vergi daxilolmaları və bəzi mühüm göstəricilərlə bağlı məlumat verdi. 
Müzakirələrdən sonra Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər I oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib. 
Sonra deputatlar Milli Məclisin gələn il üçün büdcə layihəsini müzakirə edərək təsdiqləyiblər. Layihəyə görə, Milli Məclis aparatının gələn il üçün xərclər smetası 45,488 milyon manat məbləğində müəyyənləşib. 

 


Create Account



Log In Your Account