Dec 25 2018 19:14
Views: 487

Vergi Məcəlləsində edilən dəyişikliklərə əsasən illik dövriyyəsi 30 milyon manata qədər olan sahibkarlıq subyektlərinə kiçik orta sahibkarlıq kateqoriyası kimi baxılacaq. Onlar genişmiqyaslı vergi güzəştlərindən bəhrələnəcəklər.
Samirə Musayeva bildirib ki, qızıl zinyət əşyalarının, xəz-dəri məmulatların satışını həyata keçirən şəxslər dövriyyəsindən asılı olmayaraq sadələşdirilmiş vergi ödəyicisi ola bilməzlər. Eyni zamanda, sığorta şirkətləri və topdan satışla məşğul olan şəxslər də sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna sahib deyillər. Samirə Musayeva qeyd edib ki, sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan məhrum olan şəxslərin vergi yükü çoxalmır, əksinə, yeni qaydalara görə azaldılır.
Yeni qaydalara əsasən sahibkarlara xidmət edən subyektlərin də sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ məhdudlaşdırılıb. Nazirliyin əməkdaşı bunun zərurətdən irəli gəldiyini bildirib.
Vergilər nazirinin müavini Sahib Ələkbərov bildlrib ki, özəl sahələrdə, qeyri-neft sektorunda vergidən yayınma halları daha çoxdur.  
Nazir müavininin sözlərinə görə, Vergi Məcəlləsinə edilən dəyişikliklər ona yönəlib ki, gəlir, mənfəət əldə edən heç kəs şəxs vergidən yayına bilməsin.
Qeyd edək ki, Vergi Məcəlləsinə dəyişikliklər 5 istiqaməti əhatə edir. Bunlar sahibkarlığın dəstəklənməsi, vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi, mövcud və yeni vergi güzəştlərinin səmərəliliyinin yüksəld


Create Account



Log In Your Account