Jun 17 2019 15:33
Views: 705

Vergi ombudsmanı institutu yaradılmasından az müddət keçsə də, bəzi istiqamətdə işlər görülüb. Vergilər nazirinin müşaviri, vergi ombudsmanı Elçin Məmmədovun sözlərinə görə, mütəmadi olaraq həm birbaşa vergi ödəyiciləri, həm də müəyyən ictimai birliklərin nümayəndələri ilə görüşlər keçirilir.

Elçin Məmmədovun sözlərinə görə, fəaliyyətin ikinci hissəsi görüşlər zamanı səslənən təkliflərin araşdırılması ilə bağlıdır. Məqsəd vergi ödəyicilərinin öz öhdəliklərini həyata keçirmək üçün sərf etdikləri vaxtı minimuma endirmək, bunun üçün vegi qanunvericiliyinə lazımi dəyişiklikləri etməkdir.

Vegi ombudsmanı deyir ki, onlar daxil olan hər bir təklifi ətraflı  araşdırırlar. Ümumiyyətlə, hər bir vergi ödəyicisinin müraciətinə diqqətlə yanaşılır. Vergi Məcəlləsinin, vergi qanunvericiliyinin təkmilləşdiriməsi prosesi daim həyata keçiriləcək.


Create Account



Log In Your Account