Feb 18 2019 18:19
Views: 378

 Azərbaycanda vergi ombudsmanının yaradılması  ilə vergi ödəyiciləri yeni bir müdafiə mexanizmi əldə edəcək. Apelyasiya və komunikasiya  vasitələrinin çox olması  sahibkarın şikayətlərinə ədalətli baxmağa imkan verəcək. Bunu vergilər naziri Mikayıl Cabbarov  “Vergilər, şəffaflıq, inkişaf” mövzusunda keçirilən forumda deyib. Nazir bildirib ki, vergi ombudsmanının yaradılmasında əsas məqsəd vergi ödəyən sahibkarların bütün müraciətlərinə baxılmasına, ədalətli araşdırmağa cəlb edilməsinə nail olmaqdır.

Nazir kölgə iqtisadiyyatının aradan qaldırılması istiqamətində ciddi addımların atılacağını bildirib. Onun sözlərinə görə, uçot sisteminin  bərpası ilə bağlı irəli sürülən tələblər ilk vaxtlar narazılıqla qarşılansa da, şirkətlər artıq qanuni əsaslarla işləməyi üstün tutmağa başlayıb. Nazir müxtəlif vergi sxemlərindən istifadə edilməklə biznesin bölünməsi və bir günlük şirkətlərin yaradılması praktikası ilə işləyən bazar iştirakçılarının aşkarlandığını da deyib. O, bunun qarşısınının alınması üçün lazımı addımların atılacağını  və vergidən yayınanların cəzasız qalmayacağını bildirib. Nazirin sözlərinə görə, kölgə iqtisadiyyatı və uçot sisteminin iflic olması nəticə etbarilə bazarın qeyri-sabitliyinə, vergi potensialının gizlədilməsinə, neqativ hallar üçün münbit şərait yaradıb.

İqtisadiyyat naziri Şahin Mustafayev hazırda Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, biznes və investisiya mühütünün yaxşılaşdırılması və sahibkarlığın inkişafının əsas prioritet istiqamətlərdən biri olduğunu diqqətə çatdırıb. Nazir hazırda Azərbaycanda biznes mühütünün yaxşılaşdırılması üçün böyük potensialın olduğunu deyib.

Dövlət Gömrük Komitəsinin sədəri Səfər Mehdiyev komitənin Vergilər Nazirliyi ilə birgə bir sıra layihələr üzərində işlər apardığını bildirib. Elektron uçot sisteminin online fəaliyyətində sistemlərin inteqrasiyasına nail olunduğunu deyib.

Komitə sədri bildirib ki, qısa müddət ərzində 100-dən çox şirkət “Yaşıl dəhliz” buraxılış sisteminin iştirakçısı olub. Qeyd edib ki, şirkətlər sərhəd keçid məntəqələrində heç bir gömrük məmuru ilə təmasa girmədən bütün prosesləri özləri həyata keçirə bilirlər. Səfər Mehdiyev  ixrac əməliyyatlarının tamamilə yaşıl dəhliz sistemindən istifadə etməklə hayata keçirilməsinin bu il qarşıya qoyulan əsas hədəflərdən olduğunu deyib.

 


Create Account



Log In Your Account